Türk şirkətlərinin Azərbaycana yatırımı 12 milyardı keçib

   Türk şirkətlərinin Azərbaycana yatırımı 12 milyardı keçib
  22 Sentyabr 2022    Oxunub:537
"Türkiyə və Azərbaycan dövləti iki önəmli güc mərkəzidir. Hər sahədə olduğu kimi tibb sahəsində əlaqələr yüksələn xətlə davam edir. Bu sahədə görüləcək işlərimiz hələ çoxdur".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda çıxışı zamanı deyib.

Türkiyəli nazirin sözlərinə görə, türk şirkətlərinin Azərbaycandakı yatırımı 12 milyard dolları keçib: "Türkiyədəki Azərbaycan şirkətlərinin yatırımı isə 20 milyard dolların üzərindədir. İkili ticarət həcmi təxminən 5 milyard dollar civarındadır. Bu rəqəmin 15 milyard dollara çatmasında qatqılarımızın olacağına inanırıq.

Türkiyə və Azərbaycan dərman, Tibbi avadanlıq, kosmetika, beynəlxalq səviyyəli xəstə müalicəsi və səhiyyə sahəsindəki yatırımları istiqamətində qarşılıqlı ticari tərəfdaşdırlar. İllik təxminən 500 minə yaxın Azərbaycan vətəndaşı Türkiyəyə turist olaraq səfər edir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti