İran prezidentinin rəsmi saytı dağıdılıb

   İran prezidentinin rəsmi saytı dağıdılıb
  22 Sentyabr 2022    Oxunub:240
İran prezidentinin administrasiyasının rəsmi saytı hökumət qurumlarına aid bir çox internet saytları ilə birlikdə sındırılıb və hazırda həmin sayta daxil olmaq mümkün deyil.
İran prezidentinin internet saytına haker hücumu edən "Anonimus" qrupunun üzvü öz tvitter hesabında “Biz ədalət mübarizəsində İran xalqının yanındayıq” yazıb.

Adı çəkilən haker qrupu daha əvvəl Məhsa Əminin “Əxlaq” polisi tərəfindən ölüdürülməsindən sonra İran xalqının etirazlarına dəstək üçün Tehran hökumətinə məxsus rəsmi saytları hədəf alacağını açıqlamışdı.

Sözügedən qrup son iki gündə hökumətə aid bir çox internet saytlarını, o cümlədən İran Mərkəzi Bankı, Mədəniyyət Nazirliyi, hökumətin rəsmi saytını və İran hökuməti sözçüsünün saytını sındırıb.

AzVision.az

Teqlər:







Xəbər lenti