“Bakcell” və "NAR" da yaranan texniki nasazlıq aradan qaldırılıb

  “Bakcell” və "NAR" da yaranan texniki nasazlıq aradan qaldırılıb
  21 Sentyabr 2022    Oxunub:1065
Bu gün axşam saatlarında “Bakcell” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.
Bu barədə AzVision.az -a “Bakcell” şirkətindən bildirilib.

Qeyd olunub ki, artıq abunəçilər rahatlıqla “Bakcell” xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək.

"NAR" şəbəkə xidmətlərində də yaranan müvəqqəti çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb.

"Xidmətlərimizin təqdim olunmasında yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik",- deyə şirkətdən bildirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti