DİQQƏT: Bu küçələrdə 30 km/saat-dan artıq sürətli sürmək qadağandır

  DİQQƏT:  Bu küçələrdə 30 km/saat-dan artıq sürətli sürmək qadağandır
  20 Sentyabr 2022    Oxunub:1106
Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtda 30 km/saat sürət limitli zonalar təşkil edilib. Bu məqsədlə 33 küçədə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.
BNA_-dan AzVision.az -a verilən məlumata görə, sözügedən zonaların üstünlükləri aşağıdakılardır:

- Yol hərəkəti iştirakçılarının təhlükəsizlik səviyyəsinin artırılması;
- Yol qəzalarının və sağlamlığa dəyən ciddi zərərlərin azaldılması;
- Hava keyfiyyətinin yüksəldilməsi;
- Sosial mühitin inkişafı;
- Səs kirliliyinin azaldılması;
- Piyada hərəkətin və velosipedlərdən istifadənin stimullaşdırılması.

BNA hmçinin 30 km/saat limit zonaya daxil olan küçələrin də siyahısı açıqlayıb:

1 Murtuza Muxtarov küçəsi,
2 Zərgərpalan küçəsi,
3 Mirzə Fətəli Axundzadə küçəsi,
4 Təbriz Xəlilbəyli küçəsi,
5 İslam Səfərli küçəsi,
6 Mirzə İbrahimov küçəsi,
7 Əlimərdan bəy Topçubaşov küçəsi,
8 Rəsul Rza küçəsi,(Xaqani ilə Zərifə Əliyeva küçələri arasında)
9 Qoqol küçəsi,
10 Məmməd Əfəndiyev küçəsi,
11 Nabatxanım Aşurbəyova küçəsi,
12 Rza Quliyev küçəsi,
13 Həsən Abdullayev küçəsi,
14 Adil Babayev küçəsi,
15 Rostropoviçlər küçəsi,
16 Dilarə Əliyeva küçəsi, (Səməd Vurğun küçəsi ilə Azərbaycan pr. arasında)
17 Çingiz Mustafayev küçəsi,
18 Vidadi küçəsi,
19 Bəşir Səfəroğlu küçəsi,
20 Əlövsət Quliyev küçəsi,
21 Həzi Aslanov küçəsi,
22 Tolstoy küçəsi,
23 Süleyman Tağızadə küçəsi,
24 Nizami küçəsi (Abdulla Şaiq - Azərbaycan pr arasında)
25 Əhməd Cavad küçəsi, ( Azərbaycan pr və Səid Rüstəmov küçələri arasında)
26 Səid Rüstəmov küçəsi,
27 Tərlan Əliyarbəyov küçəsi,
28 H.Z Tağıyev küçəsi,
29 Yusif Məmmədəliyev küçəsi,
30 Əbdülkərim Əlizadə küçəsi,
31 Zərifə Əliyeva küçəsi, ( Rəsul Rza və Məmmədəmin Rəsulzadə küçələri arasında)
32 Yusif Məmmədəliyev küçəsi,
33 Yusif Bəy İbrahimli küçəsi.


Teqlər:



Xəbər lenti