Şəhid MAXE Ümid Həsənov dəfn olunub - FOTOLAR

   Şəhid MAXE Ümid Həsənov dəfn olunub -  FOTOLAR
  14 Sentyabr 2022    Oxunub:2705
Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, MAXE Ümid İlqar oğlu Həsənov dəfn olunub.
AzVision.az xəbər verir ki, Şəhidin nəşi Quba rayonun İsnovqışlaq kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirib.











Emin Kərimov
AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti