Siyasi partiyaların təsis edilməsi üçün yeni qaydalar
Təsis yığıncağında siyasi partiyanın nizamnaməsi və proqramı qəbul olunacaq, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxs müəyyən ediləcək. Siyasi partiyanın nizamnaməsində və proqramında çatışmazlıqlar aşkarlanarsa, təsis yığıncağında həmin sənədlərdə müvafiq dəyişikliklər ediləcək.
Siyasi partiyanın təsis yığıncağının nəticələri protokolla rəsmiləşdiriləcək. Təsis yığıncağının protokolunda, o cümlədən təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstəriləcək.
Təsis yığıncağının keçirildiyi tarixdən 30 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edəcək. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənəcək. Qeyd edək ki, yeni qanun layihəsinin ilkin variantı ilə bağlı Milli Məclisdə ictimai dinləmə keçiriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


