Bağçalarda uşaqlara isti yeməklərin verilməsi ilə bağlı pilot layihə

   Bağçalarda uşaqlara isti yeməklərin verilməsi ilə bağlı pilot layihə
  07 Sentyabr 2022    Oxunub:2095
Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın ayının 1-dən bağçalarda uşaqlara isti yeməklərin verilməsi ilə bağlı tətbiq olunacaq pilot layihənin mahiyyətini açıqlayıb.
AzVision.az -ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, hazırda bağçalara ərzaq təminatı verilir.

"Bu gün məktəbəqədər təhsil müəssisələrində qidalanma ilə bağlı icra olunan standartlar çox köhnədir. Orada göstərilən bəzi qidalar hal-hazırda ümumiyyətlə yoxdur. Məsələn, buğda unu, kartof nişastası. Bu, ölçməyə problem yaradır. Hesab edirəm ki, uşaqlara verilən qidaların çəkisi deyil, kalorisi əsas olmalıdır.
Uşaqlara menyu ilə tərtib edilən, adambaşı saya görə hazır kalorili yeməklərin verilməsi daha yaxşıdır. Bu hazırda konseptual məsələdir".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti