Bağçalara kameralar quraşdırılacaq

   Bağçalara kameralar quraşdırılacaq
  07 Sentyabr 2022    Oxunub:727
“Uşaq bağçalarında kamera tətbiqi bizim üçün prioritetdir. Bu, həm davranış, həm də uşaqların sayına nəzarət baxımından çox vacibdir”.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, söhbət təkcə kameraların quraşdırılmasından getmir. Həmçinin bağçaların internetə çıxışı da təmin olunmalıdır ki, sistem qurmaq mümkün olsun:

“Hazırda çox az sayda bağçanın fiberoptik internetə çıxışı var. Proses mərhələli şəkildə aparılacaq. Bağçalarımızda kameraların quraşdırılmasının xoşagəlməz halların qarşısının alınmasında effektiv rol oynaması ilə razıyam. Lakin düşünürəm ki, bu, mərkəzləşdirilmiş qaydada olmamalıdır”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti