Ötən il 11 direktor işdən çıxarılıb, 33-nə xəbərdarlıq edilib

 Ötən il 11 direktor işdən çıxarılıb,  33-nə xəbərdarlıq edilib
  07 Sentyabr 2022    Oxunub:1294
Ötən il Bakıda 11 direktor işdən çıxarılıb, 34-ü intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib.
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, bu dövrdə 56 direktor müavini işdən çıxarılıb, 10-na xəbərdarlıq edilib:

"Ötən tədris ilində Bakıda 39 direktor işə qəbul olunub. Onlardan biri şəhid və ya qazi ailələrinin üzvü olub. Eyni zamanda bu dövrdə 113 direktor müavini və 2550 müəllim işə götürülüb".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti