Ceyhun Bayramov İspaniyaya getdi

   Ceyhun Bayramov İspaniyaya getdi
  06 Sentyabr 2022    Oxunub:761
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Madrid şəhərinə rəsmi səfərə yola düşüb.
Bu barədə XİN-dən AzVision.az -a daxil olan məlumatda bildirilir.

Məlumata əsasən, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri və bir sıra digər yüksək səviyyəli rəsmi şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti