Kamran Əliyevdən yeni yəyinatlar

 Kamran Əliyevdən  yeni yəyinatlar
  06 Sentyabr 2022    Oxunub:898
Quba rayon prokurorunun müavini vəzifəsindən azad olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Baş Prokuror Kamran Əliyevin əmrinə əsasən, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə Pərviz Nərimanov Qaradağ rayon prokurorunun müavini təyin olunub.

Baş Prokuror Kamran Əliyev Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərovun vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini təyin olunması haqqında əmr də imzalayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti