İsraillə hərbi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

   İsraillə hərbi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
  06 Sentyabr 2022    Oxunub:691
Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin "Rafael" şirkətinin rəhbəri Yoav Har-Even ilə görüşüb.

Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb, eyni zamanda Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulanıb.

AzVision.az


Teqlər:



Xəbər lenti