Ermənilər sülhməramlıların nəzarəti ilə yeni yol çəkirlər - FOTO

   Ermənilər sülhməramlıların nəzarəti ilə yeni yol çəkirlər -    FOTO
  06 Sentyabr 2022    Oxunub:941
Qarabağın Rusiya sülhməramlılarının müvəqətti nəzarəti altında olan hissəsində yeni yol çəkilir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Sülhməramlı Kontingentinin Telegram kanalında məlumat yayılıb. Bildirilir ki, yeni tikinti Xankəndi ilə keçmiş Əsgəran rayonu yolunda aparılır.

"Rusiya sülhməramlı kontingentinin hərbçiləri Rusiya bölmələrinin nəzarət zonasında keçən Naxiçevanik - Xankəndi yeni yolunun tikintisinin təhlükəsizliyini təmin edirlər", - məlumatda deyilir.

Bildirilir ki, yeni yol Naxçıvanik kəndini və ona yaxın olan digər kəndləri Əsgəran şəhəri ərazisindən deyil, birbaşa Xankəndi ilə birləşdirəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yol   Qarabağ  



Xəbər lenti