Bakıda restoran yanıb

Bakıda restoran yanıb
  05 Sentyabr 2022    Oxunub:692
Bakıda restoranda yanğın olub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 150 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) bir otağında 1 ədəd kondisioner, 1 ədəd televizor qismən və elektrik otağında 2 ədəd sayğac, 1 ədəd tənzimləyici və 2 ədəd qoruyucu açar yanıb.

Obyektin qalan hissəsi və bina yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti