Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb

   Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb
  05 Sentyabr 2022    Oxunub:752
Bu günə qədər Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.
Bunu AzVision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.

Qeyd edək ki, dünyada meymunçiçəyinə yoluxma hallarının sayı 50 mini keçib. Ən çox yoluxma halı isə ABŞ-da aşkarlanıb.

AzVision.az


Teqlər:



Xəbər lenti