Türk Ağsaqqalları Birliyi –TAİB təmsilçiləri də hər il oduğu kimi bu il də sözügedən şərəfli tarixlə bağlı silsilə tədbirlər keçirirlər. Belə tədbirlərdən biri də sentyabrın 4-də Qobustan rayonu ərazisindəki Türk Şəhidliyində təşkil olunub. TAİB nümayəndələri naməlum Türk əskərinin məzarı başında 1918-ci ildə Azərbaycanda erməni terrorçularının törətdiyi vəhşiliklərdən, həmin dövrün mürəkkəb ictimai-siyasi mənzərəsindən söz açaraq Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana köməyə gəlmiş Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından danışıblar.
“Bu, əsl qardaşlıq dəstəyi idi. Azərbaycan xalqı qəhrəman Türk əsgərlərinin xatirəsini həmişə əziz tutur, onların ruhunu ehtiramla yad edir” deyən çıxışçılar, məzarın üzərinə tər güllər qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Türk Ağsaqqalları Birliyi –TAİB-in 15 Sentyabr Bakının işğaldan azad ediləməsi günü ilə bağlı tədbirləri davam edir.
AzVision.az