İlham Əliyev: "Avropaya qaz ixracını iki dəfə artırmaq böyük işdir"
Dövlət başçısı R.Boncorninin Avropa Komissiyasının Prezidenti Ursulu Fon der Lyayen ilə bağlı sualını da cavablandırıb:
“Xanım Ursula Fon der Lyayen ilə istinad etdiyiniz görüşə gəldikdə isə, biz hasilatı qısa zamanda artırmaq məsələsini müzakirə etdik. Avropaya ixracı iki dəfə artırmaq böyük işdir. Bu, xırda məsələ deyil. Buraya sərmayə yatırılmalı, texniki imkanlar genişləndirilməlidir. Çünki hazırda Avropaya qaz nəql edən boru kəmərimiz TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir. Yəni, biz onu 20 milyard kubmetrə çatdırmalıyıq. Bu isə maliyyə vəsaiti və səhmdarlar arasında razılıq tələb edir və bu, bir prosesdir”.
AzVision.az
Teqlər: Prezident İtaliya Müsahibə Qaz







Vaxtında, Aydın, Lazımlı!


