İlham Əliyev: "Ermənistan irəli sürdüyümüz beş baza prinsipini qəbul edib”
Dövlət başçısı deyib: “Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi”.
Prezident qeyd edib ki, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq:
“Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib”.
AzVision.az
Teqlər: Ermənistan Sülh Prezident







Vaxtında, Aydın, Lazımlı!


