“TurAz Qartalı - 2022”: Türkiyə aviasiya vasitələri Azərbaycandadır

 “TurAz Qartalı - 2022”:  Türkiyə aviasiya vasitələri Azərbaycandadır
  02 Sentyabr 2022    Oxunub:857
"TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib.
Bu barədə AzVision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Sentyabrın 5-dən başlayacaq təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetiriləcəkdir.









AzVision.az



Teqlər:



Xəbər lenti