Yüksək bal yığıb universitetə girə bilməyənlərə ŞAD XƏBƏR

   Yüksək bal yığıb universitetə girə bilməyənlərə  ŞAD XƏBƏR
  02 Sentyabr 2022    Oxunub:1395
I ixtisas qrupu üzrə 570-dən yuxarı bal toplayan rus bölməsi üzrə 1 abituriyent, 530-dan çox bal toplayan Azərbaycan bölməsi üzrə 3 abituriyent ali məktəblərə qəbul ola bilməyib.
AzVision.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial hesabında məlumat yerləşdirib. O bildirib ki, ümumilikdə I qrup üzrə 500-dən çox bal toplayan 4, 400 - dən çox bal toplayan 12, 300-dən çox bal toplayan 36 abituriyent tələbə adını birinci turda qazana bilməyib.

II ixtisas qrupu üzrə 320-dən çox bal toplayan 1 abituriyent, ümumilikdə 200-dən çox bal toplayan 31 abituriyent qəbul ola bilməyib.

III ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayan 2 abituriyent, 400-dən çox bal toplayan 3 abituriyent tələbə adından hələlik məhrum olub.

III ixtisas qrupu üzrə 300-dən çox bal toplayan 50 abituriyent birinci turda qəbul ola bilməyib.

IV ixtisas qrupu üzrə 560-dan çox bal toplayan 2 abituriyent, 500-dən çox bal toplayan 20 abituriyent, 400-dən çox bal toplayan 33 abituriyent, 300-dən çox bal toplayan 49 abituriyent tələbə adını qazana bilməyib.

Bu abituriyentlər 2-7 sentyabr tarixlərində ixtisas seçimi edib tələbə adını qazana bilər.

AzVision.az


Teqlər:



Xəbər lenti