Modern.az-ın 13 yaşı tamam oldu
Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.
Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır. Media quruluşu olaraq ötən 13 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.
Hər gün on minlərlə oxucunun ziyarət etdiyi agentliyin təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.
Biz də AzVision.az kollektivi adından Modern.az-da işləyən həmkarlarımızı təbrik edirik.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


