“Sülhə məcburetmə tədbirləri bəhrəsini verir” – Azay Quliyev

   “Sülhə məcburetmə tədbirləri bəhrəsini verir” –    Azay Quliyev
  31 Avqust 2022    Oxunub:1613
“Bu gün Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə üçtərəfli formatda keçirilən Brüssel görüşündə Azərbaycanın təklif etdiyi 5 təməl prinsipin əsasında Ermənistanla sülh sazişi layihəsinin hazırlanması və sentyabrda hər iki ölkənin xarici işlər nazirlərinin görüşərək, ilkin mətn üzərində müzakirələrin təşkili haqqında razılığın əldə olunması gorüşün müsbət nəticəsi kimi qiymətləndirilməlidir”.
Bu sözlər millət vəkili, ATƏT PA-da komitə sədri Azay Quliyevə məxsusdur. O bildirib ki, noyabr ayında əldə olunan nailiyyəti dəyərləndirmək və növbəti məsələləri müzakirə etmək üçün təkrar görüşün keçirilməsi haqqında qərarın verilməsi Brüssel danışıqlar formatının ən uğurlu və işlək format olduğunu bir daha nümayiş etdirdi.

“Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi "Brüssel Sülh Gündəliyi" və hər görüşdən öncə sülhə məcburetmə ilə bağlı gördüyü tədbirlər öz bəhrəsini verməkdə davam edir”,- Azay Quliyev vurğulayıb.



Teqlər: Brüssel-görüşü  



Xəbər lenti