"Bizdən böyük məbləğlər tələb edirlər" - Oqtay Əsədov
O.Əsədov idmanın bu növü üzə gələcək planlardan da danışıb:
“Gələcək üçün planlar var. Yeni bazalar yaradılır. Nə qədər çox kort olsa, o qədər yaxşıdır. Maliyyə məsələləri də həll olunacaq. Mətbuatla əlaqələrə gəlincə, yəqin ki, maraq yarada bilməmişik. Çalışacağıq ki, bundan sonra əlaqələrimiz daha yaxşı olsun”.
Federasiya prezidenti regionlarda da bu idman növünü inkişaf etdirməyə çalışacaqlarını diqqətə çatdrıb:
“Hazırda əsas məqsədimiz gənclərin yetişdirilməsidir. Regionlarda olan bazalardan istifadə etməyə çalışacağıq. Tennisə gələn uşaqları ləvazimatları ilə təmin edirik. Beynəlxalq təcrübədən istifadə edirik. Bundan sonra edəcəyik. Xarici mütəxəssislərdən əvvəllər də yararlanmışıq”.
Oqtay Əsədov legionerlə çalışmaq istəmədiklərini bildirib: “Elə legioner idmançılar var ki, gəlmək istəyirlər, amma böyük məbləğlər tələb edirlər. Bu pulları elə azərbaycanlı uşaqlara xərcləyərik”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


