Zorakılığa məruz qalan yeniyetmə ilə psixoloji söhbət aparılıb

Zorakılığa məruz qalan yeniyetmə ilə psixoloji söhbət aparılıb
  30 Avqust 2022    Oxunub:837
Bərdə rayonunda cinsi zorakılığa məruz qalan yetkinlik yaşına çatmayan yeniyetmə və anası ilə psixoloji söhbət aparılıb.
Bu barədə AzVision.az -a "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, zorakılıq faktı ilə bağlı Dövlət Komitəsi aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirir. Bu məqsədlə Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin, həmçinin Bərdə Qadın Resurs Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfərlər edilib. Bu gün isə azyaşlı və anası Bərdə Qadın Resurs Mərkəzinə dəvət olunub, onlarla psixoloji söhbət aparılıb.

Qeyd edək ki, azyaşlı psixo-sosial dəstək işinə cəlb edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti