Prokurorluq Qubadlıdakı mina partlayışını araşdırır

 Prokurorluq Qubadlıdakı mina partlayışını araşdırır
  30 Avqust 2022    Oxunub:921
Avqustun 30-u saat 10:00 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Qubadlı rayon prokurorluğunun məlumatında deyilir. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti