"Kreml artıq görüntü yaradır" - Müharibə Araşdırmaları İnstitutu

   "Kreml artıq görüntü yaradır" -    Müharibə Araşdırmaları İnstitutu
  30 Avqust 2022    Oxunub:2807
Kreml Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində irəliləməsinə dair aşağılayıcı bəyanatlar verir, Rusiyanın Ukraynada genişmiqyaslı hərbi uğurlar qazanması ilə bağlı görüntü yaradır.
AzVision.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu nun (ISW) hesabatında məlumat verilib.

Qurumun ekspertləri qeyd edirlər ki, Kiyev hərbçilərin əməliyyatları və onların istiqaməti barədə susqunluğunu qoruyur. Qərb mediası isə artıq bir sıra işğal olunmuş yaşayış məntəqələrinin geri qaytarılmasını elan edib.

Rusiyalı bloggerlər də əks-hücum əməliyyatını gizlətmirlər və deyirlər ki, Ukrayna Silahlı Qüvvələri regionun 6 kilometr dərinliyinə qədər irəliləyib. Belə bir fonda Kreml guya özünün "hərbi fəthləri" ilə onun qarşısını almağa, aşağılayıcı bəyanatlar verməyə çalışır.

Məlumatda o da vurğulanır ki, hazırda Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus qruplaşmaların təchizat marşrutlarını uğurlu şəkildə vurmağa davam edir. Peyk görüntülərindən istifadə etməklə Xerson yaxınlığındakı körpülərin vəziyyətini qiymətləndirən analitiklərin fikrincə, sursat və avadanlıqların ötürülməsi üçün nəzərdə tutulan əsas marşrutlar fəaliyyət göstərə bilmirlər. İndi ruslar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dəf etmək üçün şimaldan Xersona doğru ponton keçidi ilə təchizat ötürməyə çalışırlar. Lakin Moskvanın itkiləri kompensasiya etmək üçün seçdiyi bu yol səmərəsizdir və o, Ukraynanın vurduğu ardıcıl zərbələri qarşısında həssas görünür.
Rusiya 133 gündə ilk dəfə hərbi uğurlarını açıqlamadı: İlginc səbəb

Analitiklər Mariupol merinin müşaviri Andryuşşenkoya da istinad ediblər. Qeyd edilir ki, yaxın günlərdə Rusiyanın Mariupol dəmir yolu tranzitindən asılı olan logistika səyləri elektrik enerjisinin olmaması, stansiya kranlarının zədələnməsi və daşqın səbəbindən uğursuz olacaq.

Xatırladaq ki, avqustun 29-da Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Xerson vilayətində əks-hücumun başladığını rəsmən elan edib. Ukrayna qüvvələrinin irəliləməsi işğal olunmuş ərazilərdə Rusiya logistikasının məhv edilməsi ilə müşayiət olunur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Əks-Hücum  





Xəbər lenti