Qaradağda maşın aşdı, sərnişin öldü

   Qaradağda maşın aşdı,    sərnişin öldü
  29 Avqust 2022    Oxunub:1198
Avqustun 28-də saat 7 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Lerik rayon sakini A.Əmənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd edilib ki, nəticədə sərnişin Mələk Vəliyeva hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti