Hərbçimiz yol qəzasında həlak olub - RƏSMİ

   Hərbçimiz yol qəzasında həlak olub -    RƏSMİ
  27 Avqust 2022    Oxunub:816
Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

"Nazirliyin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti