Diplomatların Füzuli və Şuşaya səfəri başladı

   Diplomatların Füzuli və Şuşaya səfəri başladı
  27 Avqust 2022    Oxunub:965
Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında bildirib.

“Ümumilikdə 160 daimi və qeyri-rezident diplomatik korpusun nümayəndələri ilə təyyarə ilə Füzuliyə uçuruq, sonra isə Şuşaya gedəcəyik. Yol boyu diplomatik korpusun nümayəndələri minalardan təmizləmə əməliyyatlarını və kütləvi bərpa işlərini görəcək, xüsusi nümayəndələrin təqdimatlarını dinləyəcək”, - Azərbaycan Prezidentinin köməkçisi bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti