Barjomi ərazisi bir həftədir yanır

Barjomi ərazisi bir həftədir yanır
  26 Avqust 2022    Oxunub:849
Gürcüstanın Barjomi Bələdiyyəsi ərazisində bir həftədən çoxdur davam edən yanğının ən qaynar nöqtələri söndürülüb. Yanğının strateji obyektlərə və yaşayış məntəqələrinə keçməsinin qarşısı alınıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda söndürülmüş və lokallaşdırılmış yanğın ocaqları aktiv ocaqların sayından çoxdur.

Daxili İşlər, Müdafiə, Regional İnkişaf və İnfrastruktur, Ekologiya və Kənd Təsərrüfatı nazirliklərinin müvafiq xidmətlərinin əməkdaşları yanğının söndürülməsi prosesində fəal iştirak edirlər.

AzVision.az



Teqlər:



Xəbər lenti