"Biz bu məsuliyyətə hazırıq” - İlham Əliyev
Dövlət başçısı deyib ki, imzalanan sənədlər münasibətlərimizin daha geniş hüquqi bazasını yaradır: “Əlbəttə, həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında indicə imzalanmış Bəyannaməni xüsusi qeyd etmək istərdim. Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq”.
Azərbaycan Prezidenti vurğulayıb ki, Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


