Tələbə Zeynəbin təhsilinə lazım olan 1500 manat tamamlandı

   Tələbə Zeynəbin təhsilinə lazım olan 1500 manat tamamlandı
  24 Avqust 2022    Oxunub:2023
Tələbə Zeynəb Əlizadənin sonuncu kursda təhsil alması üçün lazım olan 1500 manat tamamlandı.
Karyera və İşə Hazırlıq Mərkəzinin direktoru Şahin Sərdarlının başlatdığı kampaniya və AzVision.az saytında yayımlanan məlumatdan sonra jurnalist Raqif Raufoğlu və xeyirxah insanlar tərəfindən Zeynəbin təhsil haqqının bir hissəsi ödənilib.

Digər yarısı isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Qızların təhsilinə dəstək" layihəsi çərçivəsində "Milan" Hospitalın rəhbəri Xuraman Muradova tərəfindən ödənilib.

"Hörmətli Xuraman xanım Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşdırılan bu nəcib işdə hər zaman yaxından iştirak edir. Bu dəfə də belə oldu. Biz çağırış etdik və Zeynəbə müvafiq dəstək göstərildi",- deyə komitənin mətbuat katibi Teymur Mərdanoğlu əlavə edib.

Artıq Zeynəbin 4-cü kursda oxuması üçün heç bir əngəl qalmayıb. Bundan sonra o təhsilini müvəffəqiyyətlə bitirib, iş həyatına atılacaq.

Qeyd edək ki, 3 il öncə müəllim yanına hazırlığa getmədən Azərbaycan Dillər Universitetinin“Jurnalistika” ixtisasına qəbul olan Zeynəbi arzusundan ayıran ən böyük maneə təhsil haqqını ödəməyə maddi imkanının çatmaması idi.

İllər öncə kampaniya başladıldı və AzVision.az saytında Zeynəblə müsahibə yayımlandı. Bundan sonra xeyirxah insanlar tələbə qızın təhsil alması üçün maddi dəstək göstərdilər. Beləliklə, Zeynəb beynəlxalq jurnalistika fakültəsində təhsil aldı.

AzVision.az


Teqlər:



Xəbər lenti