Məsud Aşina ağır yaralıları müayinə edib
Ötən il də şiddətli baş ağrılarından əziyyət çəkən müharibə əlilləri professor tərəfindən müayinə olunaraq, müalicə prosesinə cəlb edilmişdilər. Məsud Aşina həmçinin ölkəmizdə müvafiq ixtisas üzrə təhsil alan gənc mütəxəssislərlə görüşərək onlarla təcrübələrini bölüşüb, tələbələrə seminar keçib.
Xatırladaq ki, Məsud Aşina baş ağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib. Əsas qayəsi dünyanın ən bilikli həkimlərini və sağlamlıq mütəxəssislərini tapmağa kömək etmək olan “Expertscape” nəşrinin son on il ərzində dünyada baş ağrıları sahəsində ən yüksək məhsuldarlıq göstərmiş və elmi töhfə vermiş alimlərin siyahısında professor birinci yerdə qərarlaşıb.
“YAŞAT” Fondu tibb istiqaməti ilə yanaşı, məişət şəraitinin yaxşılaşdırılması, borc öhdəliklərinin qarşılanması, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı istiqaməti üzrə də Fondun subyektlərinə dəstək göstərir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


