“Bu tələbələrin özəl təyyarələri yoxdur ki, AZAL-ın quyruğuna qoşub uçsunlar”
“Bilet inhisarçısının qəlbinə dəymək mümkün deyil, bir də gördün bəddua etdi, hamımızı ildırım vurdu. Heç olmazsa, minlərlə tələbənin qəbul olduğu və ya oxuduğu ali məktəbə vaxtında gedib yetişməsinə yardım edilməlidir. Quru yollar bağlı, təyyarədən başqa alternativ qalmayıb. Bu tələbələrin də özəl təyyarələri yoxdur ki, AZAL təyyarələrinin quyruğuna qoşub uçsunlar. Bunu ən azı Türkiyə və Gürcüstan üzərindən uçuşlara aid etmək olar. Ya da buyurub məhz tələbələr üçün quru sərhədi müvəqqəti açsınlar ki, az məsrəflə Türkiyəyə və ya Gürcüstana gedib oradan lazımi yerə uça bilsinlər”, - deputat qeyd edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


