“Bu il təqaüd vermədilər, gələn ilə isə mən sağ qalmayacam” - Xalq artisti
“İllərdir gözüm yoldadır, prezident təqaüdü gözləyirəm. Fikirləşdim ki, 2 avqust Milli kino günündə vermədilər, heç olmasa ad günümdə verərlər. O da olmadı. Ayaqlarım tutulub, güc-bəla ilə gəzirəm. Yüksək təzyiqim, şəkərim var. Çox əsəbləşib, pis olmuşam. Canım ağrıyır! Daha gözləntim də yoxdur. Mənim 1, 2 il ömrüm qalıb da. Bu il prezident təqaüdü vermədilər, gələn ilə qədər isə mən sağ qalmayacam. Yəqin ki, təqaüd mənə qismət olmayacaq. Mən prezident təqaüdünü ad-san üçün istəmirdim. “Xalq artisti” fəxri adına görə 180 manat məvacib alıram, öz pensiyam da çox cüzidir. Bütün sənətkarlar mükafatlar, təqaüdlər alıb, onlarla dolanır. Mən heç bu məvaciblə dərmanlarımı ala, kommunal borclarımı ödəyə bilmirəm. Təkcə bu deyil axı?! Bunun yeməyi var, içməyi var, geyimi var. Bütün ailə mənim üstümdədir, ailədə işləyən tək mənəm. Mədəniyyət Nazirliyi hara baxır? Mənim xidmətlərimi niyə görməzdən gəlirlər?! İnşallah ki, bu yazınızdan sonra mənimlə zəng edib, maraqlanarlar” deyə sənətkar bildirib.
Qeyd edək ki, 17 avqust xalq artisti Ənvər Həsənovun 72 yaşı tamam olub./Moderator.az
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


