Bu imtahanların nəticəsi 2 günə açıqlanacaq

Bu imtahanların nəticəsi 2 günə açıqlanacaq
  21 Avqust 2022    Oxunub:1950
Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirib.
DİM-dən AzVision.az -a verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Avqustun 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti