Bu yerlərdə ev tikənlər 5 min manat cərimələnəcək - VİDEO
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Xəzər Xəbər"ə deyib ki, qanunsuz tiklilərin sahiblərini müəyyən məbləğdə cərimə etmək çıxış yolu deyil.
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 2015-ci ildən hazırki vaxta qədər kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa məqsədlər üçün istifadə hallarına görə, inzibati tənbeh tədbiri kimi 609 protokol tərtib edilib. Kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin inşa edilməsinə münasibətdə yeni və yaxud köhnə tikili olmasından asılı olmayaraq uzanan inzibati xəta olduğundan inzibati tənbeh tədbiri kimi cərimə xətanın aşkar edildiyi vaxtdan tətbiq edilir.
Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. O ki qaldı torağın təyinatının dəyişdirilməsinə, Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bu Nazirlər Kabineti tərəfindən aparıla bilər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


