Rusiya genişmiqyaslı hücuma başladı: Döyüşlər 3 istiqamətdə gedir

   Rusiya genişmiqyaslı hücuma başladı:    Döyüşlər 3 istiqamətdə gedir
  20 Avqust 2022    Oxunub:846
Rusiya Donbasda bir neçə istiqamətdə kütləvi hücumlara başlayıb, ağır döyüşlər davam edir. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, Slavyansk istiqamətində Nemalenkoe, Suliqovka və Mazanovka yaxınlığında tanklardan, top, artilleriya və raket sistemlərindən ardıcıl atəşlər qeydə alınıb.

Kiyevin "rəqəmsal qala"sı: Britaniya kəşfiyyatının rəhbəri müharibə sirlərini açdı
Rusiya qoşunları Novodmitrovka, Vernopolye və Kurulka yaxınlığında isə hücum əməliyyatları keçirməyə cəhd ediblər.

"Onların qarşısı alınıb ​​və geri çəkiliblər. Kramatorsk istiqamətində düşmən top və raket artilleriyasından Rozdolevka, Sidorov, Spornoqo və Prişib ərazilərini atəşə tutub. Döyüş bölgəsində hava kəşfiyyatı aparıblar. Yaxınlıqdakı İvano-Daryevkaya hücuma keçməyə çalışırlar və ağır döyüşlər davam edir.

Bundan başqa Baxmut istiqamətində Zaitsevo, Baxmutskoye, Veseloye, Baxmut, Andreevka, Kodema və Mayorsk yaşayış məntəqələrinin ərazilərində mülki infrastrukturda yanğınlar olub.

İşğalçılar Baxmut, Zaitsevoe və Kodema yaşayış məntəqələri ərazilərində hücum əməliyyatları keçirsələr də, bu nəticə verməyib. Döyüşlər davam edir", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Rusiya   Ukrayna   Hücum  







Xəbər lenti