NATO Ukrayna müharibəsinə 5-ci maddə əsasında qoşula bilər

  NATO Ukrayna müharibəsinə 5-ci maddə əsasında qoşula bilər
  20 Avqust 2022    Oxunub:1333
Böyük Britaniya parlamentinin İcmalar Palatasının xüsusi müdafiə komitəsinin sədri, britaniyalı deputat Tobias Ellvud hesab edir ki, Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) hücum NATO ölkələrinin hərbi qüvvələrinin reaksiyasına səbəb olacaq.
AzVision.az xəbər verir ki, o, bu barədə tviitter də məlumat verib.

Onun sözlərinə görə, Ukrayna nüvə reaktorundan radiasiyanın potensial sızması ilə nəticələnəcək hər hansı əməl NATO-nun 5-ci maddəsinin pozulması olacaq.

Bunu İllinoys ştatından olan Nümayəndələr Palatasının üzvü Adam Kinzinger də təsdiqləyib: "Bu, hətta müzakirə olunmur. Hər hansı sızma NATO ölkələrində insanları öldürəcək. Bu avtomatik olaraq 5-ci maddədir".

5-ci maddəyə görə, Alyansa üzv olan dövlətlərdən hər hansı biri silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri, istisnasız olaraq, bu zorakılıq aktını onların hamısına qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış Alyansın üzvünə kömək etmək üçün məqsədəuyğun hesab etdikləri bütün tədbirləri görəcəklər.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: NATO   Ukrayna  





Xəbər lenti