Xarici banklar rus kapitalına görə İrəvanı qara siyahıya salırlar

Xarici banklar rus kapitalına görə İrəvanı qara siyahıya salırlar
  20 Avqust 2022    Oxunub:447
Ermənistanda anti-Rusiya ab-havası artmaqdadır. Saytlar "böyük qardaş"ın əleyhinə silsilə yazılar dərc edir, siyasətçilər, ziyalılar isə tez-tez Rusiya əleyhinə açıqlamalar verirlər.
Məsələn, erməni ictimai xadim Arman Vardanyan iddia edib ki, artıq bir çox əcnəbi banklar İrəvanın müttəfiqinə görə Ermənistanla maliyyə əməliyyatları və ümumilikdə əməkdaşlıqlardan yayınmağa başlayıblar.

- Bəzi məlumatlara görə, xarici banklar, maliyyə mərkəzlərinin əksəriyyəti Ermənistanda sövdələşmə əməliyyatlarından imtina ediblər. Sövdələşmələri davam etdirən yalnız 2-3 bank var.
Səbəb ölkəmizdə olan Rusiya kapitalının dövriyyəsidir. Bununla əlaqədar ölkəmizə müəyyən məhdudiyyətlər qoyulub. Əgər daha konkret məlumatınız varsa, bizimlə paylaşın, - Vardanyan deyib.

Tural Tağıyev
AzVision.az

Teqlər: Rusiya   Bank   Ermənistan  







Xəbər lenti