Rusiyada meşə yanğınlarının sahəsi artıb

   Rusiyada meşə yanğınlarının sahəsi artıb
  19 Avqust 2022    Oxunub:1197
Rusiyada meşə yanğınlarının ümumi sahəsi bir gün ərzində 75,1 min hektardan 82,2 min hektara qədər artıb.
AzVision.az xəbər verir ki, bu barədə “Avialesooxrana” Federal Agentliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 19-a olan məlumata görə, Rusiya ərazisində 51 meşə yanğını qeydə alınıb, 21 sahədə yanğın söndürülüb.

Yakutiya, Ryazan vilayəti, Komi Respublikası, Nijni Novqorod vilayətində yanğınlar daha geniş sahəni əhatə edir. Yakutiyada 18 min, Maqadan vilayətində isə 10 min hektardan çox yanğın sahəsi əlçatmaz olduğundan, yanğınsöndürənlər alovun qarşısını ala bilmirlər.

Yanğınların söndürülməsinə 2586 yanğınsöndürən, 434 texnika, 22 helikopter və təyyarə cəlb edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti