Yeni səfir təyin olunan Nəsimi Ağayev Prezidentə təşəkkür edib

   Yeni səfir təyin olunan Nəsimi Ağayev Prezidentə təşəkkür edib
  19 Avqust 2022    Oxunub:1165
Almaniyaya yeni səfir təyin olunan Nəsimi Ağayev Prezident İlham Əliyevə təşəkkür edib.
AzVision.az xəbər verir ki, bu barədə səfir sosial şəbəkədəki hesabında yazıb.

"Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməyimə görə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Almaniya münasibətlərini gücləndirmək üçün əlimdən gələni əsirgəməyəcəm", - paylaşımda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti