Türkiyədə müalicə alan qazilər Vətənə qayıtdılar

   Türkiyədə müalicə alan qazilər Vətənə qayıtdılar
  19 Avqust 2022    Oxunub:731
Türkiyədə müalicə alan qazilərimiz Qeybəliyev Kamran Bünyat oğlu və Əhmədov Aqil Mürsəl oğlu ölkəyə geri qayıdıblar.
Bu barədə “YAŞAT” Fondu məlumat yayıb. Bildirilib ki, Kamran Qeybəliyev 1 il 5 ay müddətində Türkiyədə müalicə alıb.

Ağır yaralanan qazimiz Bayramov Hafis Talif oğlu isə müalicə məqsədi ilə Türkiyəyə göndərilib.

Xatırladaq ki, bu günə qədər 174 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 155-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti