Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinin yarımfinalında

 Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinin yarımfinalında
  19 Avqust 2022    Oxunub:738
Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, “fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparan Azərbaycan tankçılarının üçüncü heyəti də müsabiqənin şərtlərinə əsasən hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər.

Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti