Ərdoğan Putinlə Zaporojye AES-i müzakirə edəcək

   Ərdoğan Putinlə Zaporojye AES-i müzakirə edəcək
  19 Avqust 2022    Oxunub:790
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə etmək istədiyini bildirib.
Ərdoğan vurğulayıb ki, Türkiyə Ukrayna böhranının diplomatiya və danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirəcək:

“Ukrayna lideri Volodimir Zelenski bizdən xüsusi olaraq xahiş etdi ki, Rusiya Zaporojye atom elektrik stansiyası (AES) ətrafındakı bütün minaları təmizləsin və vəziyyətin təhdidedici miqyasına görə bunu mümkün qədər tez etsin. Mən Lvovda dedikdə ki, biz “İkinci Çernobıl” istəmirik deyəndə, bunu nəzərdə tuturdum. Bu məsələni hörmətli Putinlə müzakirə etmək niyyətindəyəm. Rusiya sülhü təmin etmək üçün bu mühüm addımı atmalıdır”.


AzVision.az



Teqlər:





Xəbər lenti