Braziliyada Belçika böyüklüyündə ərazi məhv olub

   Braziliyada Belçika böyüklüyündə ərazi məhv olub
  19 Avqust 2022    Oxunub:855
Cari ilin yeddi ayı ərzində Braziliyada baş vermiş yanğınlar nəticəsində 29.330 kvadrat kilometr meşə məhv olub.
Braziliyanın Torpaqdan istifadə və iqlim dəyişmələrinə qarşı mübarizə şəbəkəsi tərəfindən dərc edilmiş araşdırmaya görə bu, ölçüsünə görə Belçika böyüklüyündə ərazi deməkdir.

Amazioniada yanğınlar bu bölgənin sahəsinin 7 faizini, yəni təqribən 14,800 kvadrat kilometrlik ərazini əhatə edib. Nəticədə dünyada ən böyük tropik meşənin vəziyyəti kritik həddə çatıb. Bu il Braziliyada yanğınların məhv etdiyi ərazinin dörddə üç hissəsi təbii otlaqlara, beşdə bir hissəsi meşələrə aiddir.

AzVision.az



Teqlər:





Xəbər lenti