Avstriyada pis hava: İkisi uşaq olmaqla beş nəfər öldü

   Avstriyada pis hava:    İkisi uşaq olmaqla beş nəfər öldü
  19 Avqust 2022    Oxunub:906
Avstriyada pis hava şəraiti səbəbindən ikisi uşaq olmaqla 5 nəfər ölüb, 13 nəfər yaralanıb.
Bu barədə Kurier qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, ölkənin cənubundakı Karintiya torpağında ağacların aşması nəticəsində 2 uşaq ölüb, 13 nəfər yaralanıb. Bundan əlavə, Aşağı Avstriya əyalətində (ölkənin şimal-şərqində) üç qadın da ağac aşması nəticəsində ölüb.

Hər iki hadisə cümə axşamı baş verib. Əlverişsiz hava şəraiti bir sıra rayonlarda dəmir yolu nəqliyyatının dayanmasına səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

AzVision.az



Teqlər:





Xəbər lenti