Qanunsuz işləyən unlu-qənnadı məmulatları müəssisəsi aşkarlandı - FOTOLAR

Qanunsuz işləyən unlu-qənnadı məmulatları müəssisəsi aşkarlandı -    FOTOLAR
  19 Avqust 2022    Oxunub:936
Bakıda qanunsuz fəaliyyət göstərən unlu-qənnadı məmulatlarının istehsalı müəssisəsi aşkarlanıb.
Bu barədə AzVision.az -a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 9 ünvanında yerləşən, fiziki şəxs Kərimova Təranə Həsən qızına məxsus unlu-qənnadı məmulatlarının istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən aparılmış plandankənar yoxlama zamanı sanitar-gigiyena qaydalarına və normativ hüquqi sənədlərin tələblərinə əməl edilmədiyi, eyni zamanda müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb.

Belə ki, müəssisədə temperatur və rütubət rejminə riayət olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, xammal və hazır məhsul anbarları olmadığından un kisələrinin istehsal sahəsində saxlanıldığı, istehsal prosesində texnoloji ardıcıllığa əməl olunmadığı, istifadə olunan işçi masaların və rəflərin gigiyenik materialdan hazırlanmadığı, sobaların və məhsulların yığıldığı dəmir qabların korroziyaya uğrayaraq pasla örtüldüyü, sanitar qovşağın birbaşa istehsal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi, istifadə olunan xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı, müntəzəm olaraq təmizlik işlərinin aparılmadığı və səlahiyyətli qurumla müqavilənin bağlanılmadığı müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.







AzVision.az


Teqlər:





Xəbər lenti