Auksiondan alınan çamadanlardan iki uşağın qalıqları tapıldı

   Auksiondan alınan çamadanlardan iki uşağın qalıqları tapıldı
  19 Avqust 2022    Oxunub:1299
Yeni Zelandiya polisi ailənin onlayn auksionda aldığı çamadanlarda iki uşağın qalıqlarının tapılmasından sonra cinayət işi açıb.
Bu barədə CNN yazır. Polisin açıqlamasında deyilir ki, ötən həftə hüquq-mühafizə orqanlarına cəsədlər barədə məlumat daxil olub. Cənubi Oklendin Manurev şəhərindən olan ailə, aldıqları bir neçə çamadanda insan bədən hissələrinin tapıldığını bildirib.

Polis bildirib ki, qalıqlar bir neçə il, bəlkə də üç və ya dörd ildir ki, ölən beş ilə 10 yaş arası uşaqlara aiddir. Uşaqların kimliyini müəyyənləşdirmək üçün tibbi ekspertiza aparılır. Hələlik polis həlak olanların yaxınlarının Yeni Zelandiyada olduğunu və əcnəbi olmadığını hesab edir.

AzVision.az


Teqlər:





Xəbər lenti