Xarkov niyə hər gün vurulur: Britaniya kəşfiyyatı səbəbi açıqladı

   Xarkov niyə hər gün vurulur:    Britaniya kəşfiyyatı səbəbi açıqladı
  19 Avqust 2022    Oxunub:808
Rusiya qoşunları Xarkovu hər gün ona görə bombalayır ki, Ukrayna qüvvələrinin bu istiqamətdə qarşısı alınsın. AzVision.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin yaydığı kəşfiyyat hesabatında məlumat verilib.
Qeyd edilir ki, may ayından bu sektorda cəbhə xəttinin az irəli çəkilməsinə baxmayaraq, Ukraynanın ikinci şəhəri olan Xarkov işğalın əvvəlindən Rusiya qüvvələrinin 24 saat ərzində ən ardıcıl atəşə məruz qaldığı ərazidir.

“Kreml narahatdır”: Britaniya kəşfiyyatı Krımın əhəmiyyətindən yazdı
Rusiyanın cəbhə xəttindən təqribən 15 kilometr aralıda yerləşən Xarkov müxtəlif növ artilleriyaların atış məsafəsində qalıb. Bu səbəbdən də şəhər daim hücumlardan əziyyət çəkir. Raketlər və ümumiyyətlə qeyri-dəqiq atılan mərmilər şəhərin böyük hissəsində dağıntılara səbəb olub.

Məlumatda o da vurğulanır ki, Rusiya qoşunları məlum istiqamətdə lokal reydlər keçirirlər, Ukraynanı məcbur edirlər ki, həmin cəbhədə əhəmiyyətli dərəcədə çoxlu qüvvələr saxlasınlar. Nəticədə Moskva Kiyevin həmin qoşunlardan digər ərazilərdə əks-hücum qüvvəsi kimi istifadə edilməsinin qarşısını alırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti